Tovuz rayonunda orta məktəbin 2 sinfi distant təhsilə keçib.
Tehsil.biz-in "Report"un Qərb mərkəzinə istinadən məlumatına görə, buna səbəb məktəbin müəllimlərindən birinin koronavirus pandemiyasına yoluxması olub.
Belə ki, rayonun İsakənd tam orta məktəbində bir müəllimdə COVID-19 testinin cavabları pozitiv olduğu üçün müəllimin dərs dediyi iki sinif bağlanıb. Şagirdlər müvəqqəti olaraq onlayn təhsil alacaqlar.
Məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideynləri məlumatlandırılıb, sinif otaqları xüsusi məhlullarla dezinfeksiya edilib.