Logo

Azərbaycan İdman Akademiyasında “Məzun Günü” - FOTOLAR

30.05.2024 11:57 405 baxış
IMG

Azərbaycan İdman Akademiyasında 2023-2024-cü tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsilini başa vuran tələbələrin “Məzun Günü” keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, akademiyanın rektoru Fuad Hacıyev məzunları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, akademiyanın əldə etdiyi nailiyyətlərdən danışıb. Rektor bildirib ki, bu il akademiyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) ilə ikili diplom təhsil proqramı üzrə təhsil almış ilk 7 tələbəsi də məzunlar arasındadır. Bundan başqa, qeyd edib ki, İngiltərənin Koventri Universiteti ilə ikili diplom təhsil proqramı üzrə təhsil almış 2 tələbə də məzun olub. Ümumilikdə bu il akademiyanın bakalavr pilləsi üzrə 1342, magistr üzrə 60 məzunu var.

F.Hacıyev, həmçinin Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhid məzunlar haqqında danışıb. O vurğulayıb ki, akademiyanın tələbə və məzunları nəinki təhsil və idman sahəsində, eləcə də otuz ilə yaxın işğal altında olan torpaqların azad olunmasında, böyük Qələbənin qazanılmasında əvəzsiz şücaət göstərib.

Tədbir zamanı müxtəlif oyunlarda qüvvəsini sınayan tələbələrə hədiyyələr təqdim edilib. Əyləncəli proqramla davam edən “Məzun Günü” ənənəvi “papaqatma” mərasimi ilə yekunlaşıb.

Xəbər lenti