Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 24, 27 və 29 may 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “İşgüzar fəaliyyətin səmərəli təşkili” mövzusunda təlim təşkil olunub.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlim zamanı iştirakçılar vaxtın idarə edilməsi, prioritetlərin müəyyən edilməsi, iş bölgüsü, məqsədlərin qoyuluşu üzrə peşəkarlığın artırılması və s. mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.