Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Həcc ziyarətinə hazırlıqla əlaqədar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gediblər.
Tehsil.biz xəbər verir ki, bu barədə İdarədən bildirilib.
QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, nümayəndə heyəti Həccdən öncəki hazırlıqları, zəvvarların hava limanında qarşılanması, yerləşdiriləcəyi hotellərin müəyyənləşdirilməsi, xidmət personalı, qidalanma və s. məsələlərin həllini təmin edəcək.
Artıq nümayəndə heyəti hazırlıqlarla bağlı öz işinə başlayıb.