Logo

AMEA-da Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzi açılacaq

30.05.2024 15:20 281 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzi açılacaq.

Tehsil.biz xəbər verir ki, bunu AMEA prezidenti, akademik İsa Həbibbəyli Türkmənistan Elmlər Akademiyasının prezidenti Allaberdi Aşırov ilə görüşündə deyib.

O qeyd edib ki, bu gün mərkəzin açılış mərasimi və “Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İ. Həbibbəyli bildirib ki, həmin mərkəz Azərbaycanda Türkmənistan evi, mədəniyyət və ədəbiyyat mərkəzinə çevriləcək.

Xəbər lenti