2024-cü il üçün doktoranturaya qəbul üzrə aprelin 16-dan mayın 15-dək elektron sənəd qəbulu aparılıb.
Bu barədə "Tehsil.biz"ə Bakı Dövlət Universitetindən bildirilib.
Qeyd olunub ki, 282 nəfər fəlsəfə doktoru proqramı üzrə, 22 nəfər elmlər doktoru proqramı üzrə qeydiyyatdan keçib.
Fəlsəfə doktoru proqramı ilə Naxçıvan Dövlət Universiteti üçün əmək hüququ, sosial təminat hüququ ixtisası üzrə 1 qiyabi məqsədli, Bakı Mühəndislər Universiteti üçün Beynəlxalq münasibətlər ixtisası üzrə 1 qiyabi məqsədli yer, elmlər doktoru proqramı ilə Jurnalistika ixtisası üzrə 1 qiyabi məqsədli yer nəzərdə tutulub.