SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Elmi şurasının növbəti iclası keçirilib.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, iclası giriş sözü ilə açan rektor, Elmi şuranın sədri Elmar Qasımov müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.
İclasda tələbələrə akademik Xoşbəxt Yusifzadə adına təqaüdün verilməsi, tədris proqramlarında nəzərdə tutulan fənlər üzrə müvafiq dərslik, dərs vəsaiti və digər tədris-metodiki ədəbiyyatla təminatının vəziyyəti, 2023/2024-cü tədris ilində tələbələrlə aparılacaq təlim-tərbiyə işləri və mədəni tədbirlər barədə müzakirələr aparılıb, məruzələr dinlənilib.
Sonra cari tədris ili üçün keyfiyyət hədəfləri müzakirə olunub və təsdiq edilib. Daha sonra cari məsələlərə baxılıb. Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərar qəbul olunub.