"Cari ildə müəllimlərin işə qəbulunda vakansiyaya daha çox yerin çıxarılacağı proqnozlaşdırılır".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev bildirib.
Ekspert hesab edir ki, bunun bir neçə səbəbi var:
"Bu il İbtidai siniflər və Azərbaycan dili üzrə bir sıra müəllimin əmək müqaviləsinə xitam veriləcək. Buna səbəb isə sertifikasiya prosesidir. Bundan başqa, Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonunda, eləcə də paytaxt və bir neçə rayonda yeni məktəblərin istifadəyə verilməsi də əsas səbəblərdən biridir. Əsas səbəblərdən biri də çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinə xitam verilməsidir", - Elçin Əfəndiyev qeyd edib.
Mərcanə Əsədova