Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi kafedrasının 5-ci kurs tələbələri İsmayıl Əliyev, Sunay Həsənov və Elnur Rəsulovun, Xəzər Universitetinin Nanotexnologiya Tədqiqat Mərkəzinin rəhbəri Dr. Rasoul Moradi və BANM-in Kimya mühəndisliyi kafedrasının müdiri Dr. Əmir Reza Vəxşurinin rəhbərliyi altında həyata keçirdikləri elmi tədqiqat işi beynəlxalq jurnalda (Elsevierin "Materials Today: Proceedings") dərc edilib.
Tədqiqat layihəsi çərçivəsində qrafin və qrafin oksidi əlavə edilmiş poliuretan nanokompozitlərin öyrənilməsində molekulyar dinamika metodikası tətbiq edilib: polimer molekullarının qrafin/qrafin oksid üzərində səthi interaksiyası, eləcə də qrafin/qrafin oksidin polimerin mexaniki xassələrinə təsiri tədqiq edilib.
Qeyd edək ki, "Materials Today: Proceedings" jurnalı Scopus (Elsevier) və CPCI-də (Thomson Reuters, Web of Science) indekslənir və 2019-cu ildəki CiteScore göstəricisi 1.3 olmuşdur.
Məqalə ilə buradan tanış ola bilərsiniz.