Logo

BSU-da “Nizami Gəncəvinin 880 illik yubileyi” adlı onlayn tədbir keçirilib

15.04.2021 12:54 386 baxış
IMG

Aprelin 13-də Bakı Slavyan Universitetinin (BSU) İbtidai təhsil kafedrasının və Bakı şəhər 28 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Nizami Gəncəvinin 880 illik yubileyi” adlı onlayn tədbir keçirilib.

 

Tədbirdə Bakı şəhər 28 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi Arzu Məmmədova və həmin məktəbin 1 D  sinif şagirdləri, Ağdam rayonu 33 nömrəli köçkün tam orta məktəbin  ibtidai sinif müəllimi Bənövşə Qasımova və həmin məktəbin 2 C sinif şagirdi Toğrul Mustafazadə, Quba rayon Bağbanlı kənd orta məktəbin  ibtidai sinif müəllimi Nərmin Rüstəmova və məktəbin  2 A sinif şagirdləri, BSU-nun İbtidai təhsil kafedrasının əməkdaşları, I tədris ilində təhsil alan magistrantlar, Məktəbəqədər və ibtidai sinif müəllimliyi fakültəsinin I tədris ili tələbələri  iştirak ediblər.


Tədbirdə dünya şöhrətli söz ustadı Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.


Sonra Bakı şəhər 28 nömrəli tam orta məktəbin 1 D sinif şagirdləri Yusif Nəzərli, Zəhra Alışlı, Aysu Şabanova, Rəsul Rzayev, Rəsul Nəzərli, Nərgiz Ağayeva, Uğur Tağıyev, Səma Ağazadə, Əli İsazadə, Quba rayon Bağbanlı kənd orta məktəbin 2 A sinif şagirdləri  Gülay İmaməliyeva və Ləman Adayeva Nizami Gəncəvinin yaradıcılığından şeirlər səsləndiriblər.


 Onlayn tədbirdə Ağdam rayonu 33 nömrəli köçkün tam orta məktəbin 2 C sinif şagirdi Toğrul Mustafazadə “Atanın oğula nəsihəti” adlı səhnəciklə çıxış edib. 


Uşaqların dilindən söylənən şeir parçaları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.


Sonda çıxış edən BSU-nun İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova tədbiri təşkil edən İbtidai təhsil kafedrasının müəllimi, dosent Şükufə Ağakişiyevaya və Bakı şəhər 28 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi Arzu Məmmədovaya, eləcə də tədbirin bütün iştirakçılarına dərin minnətdarlığını bildirib.

Xəbər lenti