Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivində yerləşən Ə.A.Eyvazov adına 275 nömrəli məktəbdə "Telefona baxma, yola bax" adlı maarifləndirici aksiya keçirilib.
Təhsil müəssisəsindən Tehsil.biz-ə bildirilib ki, ölkəmizdə sürücülərin diqqətini yayındıran və dəhşətli qəzalara səbəb olan hadisələrin yaşanmaması üçün geniş təbliğat işləri aparılır.
Aparılan maarifləndirmə və təbliğat işlərində məktəb şagirdləri də böyük rol oynamaq istəyib. Belə ki, məktəbdə "Telefona baxma, yola bax" adlı aksiya elan olunub.
Aksiya çərçivəsində maarifləndirici videoçarxlar hazırlanır. Bildiyimiz kimi, yol qəzalarının arxasında sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi dayanır.
Şagirdlər yol hərəkət iştirakçıları olan valideynlərini sükan arxasında olarkən daha diqqətli və məsuliyyətli olmağa çağırır.
Məktəb tərəfindən hazırlanmış maarifləndirici videoları aşağıdakı linklərə keçid edərək izləmək mümkündür: