Logo

Rayon məktəblərinin bağlanması ilə bağlı AÇIQLAMA

15.04.2021 14:39 1410 baxış
IMG

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdirilməsi barədə qərar verilib.

 

Bəs digər şəhər və rayonlardakı məktəblərdə də tədrisin təşkili distant formada davam etdirilə bilərmi?

 

Bununla bağlı təhsil eksperti Kamran Əsədov BiG.AZ-a açıqlama verib:

 

"Qeyd edim ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəkidə orta ümumi təhsil müəssələrində təhsil alan şagirdlərin böyük bir qismi təhsil alır. Təkcə Bakı şəhərində təhsil alan şagirdlərin sayı 440 mindir yəni şagird sıxlığı bu məktəblərdə çox yüksəkdir. Amma qeyd olunan məktəblərdə şagird sayı orta ümumi təhsil məktəblərindən 200 və daha aşağıdır. Hətta bəzi rayon məktəblərindəki şagirdlərin sayı 100-dür . Bu da ciddi şəkildə hərəkətin olmadığını göstərir. Bunu nəzərə alsaq digər ərazilərdə tamamilə qapanmaya gedilməsi gözlənilmir. Yalnız hansı məktəblərdə yoluxma müşahidə olunsa ancaq lokal olaraq həmin ərazilərdə qapanmaya gediləcək.

 

Regionlardakı məktəblər arasında ən azı 4-5 km məsafə var. Ancaq Bakıda belə deyil. Məsələn, Bakıda Azadlıq və İnqilab küçələrinin kəsişməsində 4, Yasamal rayonunun ərazisində bir-birinə bitişik kifayət qədər məktəblər var.

 

Bölgələrdə bir məktəbdən digərinə hərəkətlə bağlı təmas aşağıdır. Yəni hər kənddə bir məktəb var. Bu da yoluxma sayının artmasına o qədər də kəskin təsir göstərmir. Bakı şəhərində isə bu mənzərə belə deyil bir-birinə yaxın məktəblər kifayət qədər çoxdur və hər kəs də eyni ictimai nəqliyyatdan istifadə edir. Amma rayonlarda hər kəs öz kəndində məktəbə gedir ona görə də hər hansı bir məktəbin bağlanılması digərinin də bağlanılmasına gətirib çıxartmamalıdır.

 

Digər tərəfdən Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki şəhərlərində şagirdlərin internetə çıxış imkanları var. Digər ərzasilərdə isə bu problem var. Həmin ərazilərədə alternativ təhsil almaq üçün resus çatışmazlığı var. Bu şagirdlərin təhsildən kənarda qalması və keyfiyyətli təhsildən məhrum olmasına gətirib çıxardacaq."

Xəbər lenti