Logo

AzMİU tələbələri şüşə zavodunun istehsal prosesi ilə tanış olublar - FOTO

03.06.2024 11:36 216 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyəti (TEC) və Materialşünaslıq kafedrasının təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən “Azerfloat” şirkətinin şüşə istehsalı zavoduna tələbələrin ekskursiyası təşkil olunub.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, tələbələrlə yanaşı, ekskursiyada Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadə, TEC-in sədri Günel İmamquliyeva, TEC-in İnşaat fakültəsi üzrə sədr müavini Mahirə Ağazadə və kafedranın bir qrup müəllimi iştirak edib. Ekskursiyadan əvvəl şüşənin alınma, istehsal və hazırlanma texnologiyası haqqında tələbələrə ümumi məlumat verilib.

AzMİU nümayəndələri rəhbər heyətlə görüşüb, zavod və onun fəaliyyəti istiqamətində məlumatlandırılıblar. Onlar zavodun əməkdaşları ilə birgə ərazini gəzib, xammal materialı saxlanılan anbarlar, laboratoriyalar, şüşənin istehsal prosesi və keyfiyyətə nəzarət məntəqəsinin iş prosesi ilə tanış olublar.

Xəbər lenti