Logo

Zəif səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır

03.06.2024 13:13 289 baxış
IMG

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə "Tehsil.biz"ə rəsədxanadan məlumat verilib.

Bildirilib ki, Günəş fəallığı yüksək tempdə davam edib, alışma baş verib. Tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində 186 ləkə qeyd olunub. Hazırda Günəş küləyinin sürəti normaldır (300 kilometr/saniyə).

Mayın 31-də geomaqnit sahəsinin fəallığı qısamüddətli G1 səviyyəsinə yüksəlib.

İyunun 3-dən 9-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 35 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin 3697 regionunun fəallığına əsasən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

İyunun 4-dək G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Xəbər lenti