Mayın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 59 min 226 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin 45 min 42-si çağrı mərkəzləri, 804-ü sosial media, 5186-sı vatsap vasitəsilə, 1220-si elektron, 1090-ı yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 5 min 884 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin yerdəyişməsi, eləcə də işə qəbulu, sertifikatlaşdırma, birinci sinfə qəbul, təkrar ali və orta ixtisas təhsili və digər məsələlərlə bağlı olub.