Logo

Tələbələr narkomaniyanın mənfi təsirləri barədə maarifləndiriliblər - FOTO

03.06.2024 16:58 203 baxış
IMG

Gəncə Dövlət Universitetində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı birlikdə mübarizə aparaq” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, müasir dövrün ən qorxulu bəlası olan narkomaniya və onun fəsadları barədə danışıb. O, gənclərin zərərli vərdişlərdən qorunması və onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramından ətraflı söz açıb.

Tədbirdə Kəpəz Ailə Sağlamlıq mərkəzinin həkimləri Tükəzban Məmmədova “Narkomaniyanın törətdiyi fəsadlar”, Tamella Məmmədova “Pis vərdişlərin sağlamlığa mənfi təsiri”, Gəncə şəhər Narkoloji dispanserin əməkdaşı Nurlana Rəhimova “Ağ ölümə yox deyək”, GDU-nun Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi əsasları”, Universitetin Tədrisin təşkili və idarə olunması sektorunun müdiri Sevinc Quliyeva “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzularında çıxış ediblər.

Çıxışlarda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsindən və onun yayılmasının qarşısının alınmasından danışılıb, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikirlər irəli sürülüb.

Sonda narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən videoçarx nümayiş olunub.

Xəbər lenti