"Bakı Dövlət Universitetində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin yaradılmasından sonra ali təhsil ocağı gəlir əldə etməyə başlayıb".
Tehsil.biz xəbər verir ki, bu sözləri universitetin rektoru Elçin Babayev Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumunda deyib.
Onun sözlərinə görə, universitet indi böyük strukturlarla, şirkətlərlə əməkdaşlıq edir:
“Hesab edirəm ki, tələbələrimiz üçün əlverişli mühit yaratmalıyıq. Biz sahibkarlıq, startaplar, investisiya qoyuluşu ilə bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik”.