Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə may ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, ötən ay ümumilikdə 12 min 733 müraciət daxil olub.
Müraciətlərin 953-ü feysbuk, 10 min 661-i Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 581, sayt üzərindən 186 müraciət daxil olub, 352 vətəndaş isə qəbulda iştirak edib.