Azərbaycan Texniki Universitetində (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirov “Azərbaycanın dünyanın yaşıl gələcəyinə artan töhfəsi” (“Growing Contribution of Azerbaijan to Earth’s Green Future”) mövzusunda master-klass keçib.
Tehsil.biz xəbər verir ki, tədbirin birinci hissəsi "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) həsr olunub.
Məqsəd COP29-un müxtəlif aspektlərini və onun qlobal iqlim gündəliyinə uyğunluğunu tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin diqqətinə çatdırmaq olub.
Tədbirdə qlobal tendensiyalar və təcrübələr, Azərbaycanın yaşıl dünyaya verəcəyi töhfələr, COP29 çərçivəsində ölkəmizdə icra olunacaq layihələr və digər məsələlər haqqında geniş məlumat verilib.