Almaniyanın Kleve şəhərində yerləşən Reyn-Vaal Tətbiqi Elmlər Universitetində təhsil alan yerli və xarici tələbələrin öz mədəniyyətlərini tanıtması üçün tədbir təşkil edilib.
Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Tədbirdə Azərbaycandan olan tələbələr milli mətbəx nümunələrimizdən ibarət guşə yaradıblar. Azərbaycanın 28 May – Müstəqillik Gününə həsr edilmiş guşə müxtəlif ölkələrdən olan tələbələr və Klevenin yerli sakinləri tərəfindən böyük maraqla qarşılanıb, milli mətbəx nümunələrimiz ziyarətçilərin rəğbətini qazanıb.