Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 9-da Gömrük orqanlarına xidmətə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.
Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, imtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.