Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə yola düşüb.
"Tehsil.biz"in məlumatına görə, ümumilikdə 1 500 nəfərlik kvotanın ayrıldığı səfərlərin ilk qrupu 05:35-də Məkkə inzibati dairəsinin Ciddə şəhərinə yola salınıb.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir.
Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.