İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko həyat yoldaşı ilə birgə ADA Universitetinə baş çəkərək ali təhsil ocağının rektoru Hafiz Paşayevlə görüşüb.
Tehsil.biz xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidmətindən bildirilib.
“Səfir Luka di Canfrançesko xanımı Vayame Bunejar ilə birlikdə ADA Universitetində olub və rektor Hafiz Paşayevlə görüşüb. Söhbət zamanı İtaliya–Azərbaycan Universitetinin 2022-ci ildən etibarən İtaliyanın 5 universiteti ilə birgə təşkil edilən kurslarından bəhs edilib”.