Logo

FHN-in Akademiyasında seminar keçirilib - FOTO

04.06.2024 10:54 412 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Avtomobil konstruksiyasında dövri dəyişikliklər və qəza-xilasetmə problemləri” mövzusunda III seminar keçirilib.

FHN-dən "Tehsil.biz"ə verilən məlumata görə, seminarda Fövqəladə Hallar və Energetika nazirliklərinin, Bakı Dövlət və Azərbaycan Texniki universitetlərinin, “BakuBus” və “Auto Azərbaycan” məhdud məsuliyyətli cəmiyyətlərinin, Avtomobil Dilerləri Assosiasiyasının məsul şəxsləri iştirak ediblər.

Seminarın keçirilməsində əsas məqsəd avtomobil təhlükəsizliyi və xilasetmə sahəsində fəaliyyət göstərən təşkilat və qurumların mütəxəssisləri arasında təcrübə mübadiləsi və müzakirələrin aparılması, avtomobil təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təkmilləşdirilməsi olub.

Əvvəlcə, tədbir iştirakçıları Akademiyada “Müasir dövrdə ekoloji təmiz elektromobillərdən istifadənin təşviqi və stimullaşdırılması” mövzusunda təşkil olunmuş sərgiyə baş çəkiblər.

Seminarda çıxış edən FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev diqqətə çatdırıb ki, nəqliyyat kompleksinin hərtərəfli inkişafı iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanla dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi avtomobil nəqliyyatı infrastrukturunun inkişafına müsbət təsirini göstərir.

Akademiya rəisi bildirib ki, avtomobil qəzaları ilə mübarizə, habelə bu hadisələrin nəticələrinin aradan qaldırılması üzrə işlərin effektivliyinin artırılması sahəsində yeni texnologiyaların tətbiqinə, onların elmi əsaslarının kompleks şəkildə öyrənilməsinə zərurət yaranıb.

Sonra seminar işini plenar iclasla davam etdirib. Plenar iclasda yol-nəqliyyat hadisələrinin başvermə səbəblərindən, həmin qəzalar zamanı ilk tibbi yardımın göstərilməsindən, elektromobillərin yaşıl dünya üçün əhəmiyyətindən, avtomobillərin təhlükəsizlik sistemlərindən bəhs edilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Sonda seminarda çıxış edən şəxslərə sertifikatlar təqdim olunub.

FHN-in Akademiyasında seminar keçirilib

FHN-in Akademiyasında seminar keçirilib

FHN-in Akademiyasında seminar keçirilib

Xəbər lenti