Logo

40 min il əvvələ aid nəhəng quş növünün kəllə sümüyü tapılıb

04.06.2024 11:27 253 baxış
IMG

Avstraliyalı tədqiqatçılar 40 min il əvvəl nəsli kəsilmiş nəhəng quş növünün kəllə sümüyünü aşkar ediblər.

Tehsil.biz BBC telekanalına istinadən xəbər verir ki, vaxtilə Avstraliya çöllərində gəzən “Genyornis newtoni” adlı quşun kəllə sümüyünü Flinders Universitetinin paleontoloqlar qrupu tapıb. Növün əvvəllər məlum olan yeganə kəllə sümüyü 1913-cü ildə aşkarlanıb, lakin zədələndiyi üçün çox az sümük qalıb.

Yeni tapıntı tədqiqatçılara təxminən 40 min il əvvəl nəsli kəsilmiş “Genyornis newtoni” quşunun ekologiyasını və təkamülünü araşdırmaq imkanı verib. Təxminən 230 kiloqram ağırlığında olduğu düşünülən quşun böyük beyin qabığı və çənəsinin olduğu ehtimal edilir.

Alimlər kəllə sümüyünün müasir qazlar və su quşları ilə danılmaz oxşarlıqlara malik olduğunu söyləyiblər.

Xəbər lenti