Logo

"Alatava"ya görə İctimai TV-yə tövsiyələr verildi

04.06.2024 12:36 289 baxış
IMG

"Bu yaxınlarda İctimai TV-də yayımlanan "Alatava" serialındakı müəyyən məqamlar ilə bağlı biz yayımçıya tövsiyələr verdik. Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilərik. Lakin tövsiyələr vermişik".

Tehsil.biz xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkə üzrə ümumi janrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qədər deyil:

"Ümumi janrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir. Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik".

Mərcanə Əsədova

Xəbər lenti