Logo

"16 ümumölkə radio kanalının ölkə üzrə əlçatanlığı təmin olunacaq"

04.06.2024 12:46 269 baxış
IMG

"İlin sonunadək 16 ümumölkə radio kanalının ölkə üzrə əlçatanlığı təmin olunacaq. Hazırda bununla bağlı iş gedir".

Tehsil.biz xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov iyunun 4-də Bakıda onlayn media subyektləri ilə keçirilən "Audiovizual media: normalar, reallıqlar və çağırışlar" adlı dəyirmi masada deyib.

O bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə proses davam etdirilir:

"Paytaxtdan kənara çıxdıqda az əlçatan və ya əlçatan olmaması, İrandan gələn və digər qonşu ölkələrdən gələn radio kanalların bizim efir məkanına müdaxiləsi çox önəmli idi. Bunun qarşısı demək olar ki, alınacaq".

F.Novruzov qeyd edib ki, martın 16-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları HD yayımı test rejimində DVB-T2 standartına keçirilib:

"İlin sonunadək müsbət nəticələr gözləyirik. 2025-ci ilin sonunadək ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının DVB-T2 yə keçməsi nəzərdə tutulur".

Mərcanə Əsədova

Xəbər lenti