Logo

Bu yayımçıların lisenziyası ləğv edilə bilər

04.06.2024 12:59 279 baxış
IMG

"İl ərzində 5 inzibati tənbeh tədbiri tətbiq edilən yayımçının lisenziyası ləğv edilə bilər".

Tehsil.biz xəbər verir ki, bunu Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

O deyib ki, Şuranın qərarı ilə tətbiq olunan bəzi sanksiyalar var:

"Yayımın dayandırılması 24 saatadək, 1-30 gün arası, inzibati cərimə 1000-10000 manatadək tətbiq olunur. Bu sanksiyalar əsasən uşaqların zərərli informasiyadan qorunması məqsədi ilə zorakılığı və qəddarlığı təbliğ edən informasiya; Cinayətləri təbliğ edən informasiya; Cəmiyyət əleyhinə və hüquqa zidd hərəkətləri təbliğ edən informasiya; Uşaqların həyat və təhlükəsizilyinə, potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya; Ailə İnstitutunu nüfuzdan salan informasiya; Pornoqrafik xarakterli materiallar yayımlandıqda tətbiq olunur”.

Mərcanə Əsədova

Xəbər lenti