Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə iyun və oktyabr aylarında “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçiriləcək.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Layihə çərçivəsində iyunun 11–12-də Şəki və Lənkəran şəhərlərindən 2500-ə yaxın məktəbli Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” tamaşalarını izləyəcək.
Bununla yanaşı, layihə çərçivəsində növbəti tədris ilindən 6000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.