Logo

Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən ağacəkmə aksiyasına start verilib

15.04.2021 17:27 477 baxış
IMG

Yazın gəlişi ilə əlaqədar Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəblərində ağacəkmə aksiyasına start verilib. Aksiyada həmişəyaşıl ağaclarla yanaşı meyvə ağacları və güllər əkilib, abadlıq işləri aparılaraq ağacların dibləri yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

 

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə yaşıllıqların artılırması, qorunması və ictimaiyyətin diqqətini bu istiqamətə yönəltməkdir.

 

Şəmkir Rayon Təhsil Şöbəsi bu cür ekoloji aksiyaları mütəmadi olaraq təşkil etməklə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Xəbər lenti