Logo

AzTU professoru Beynəlxalq Mühəndislik və Texnologiya Akademiyasının üzvü seçilib

04.06.2024 15:35 245 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımova mühəndislik və texnologiya inkişafı sahəsində cəmiyyətə verdiyi əhəmiyyətli töhfəyə görə AET-in (Beynəlxalq Mühəndislik və Texnologiya Akademiyasının) üzvü seçilib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Qeyd olunub ki, AET beynəlxalq səviyyədə nüfuzlu elmi tədqiqatçılar və sənye mütəxəssisləri arasında əlaqə yaradan akademiyadır. Bu akademiya tanınmış elmi tədqiqatçılar və sənye mütəxəssisləri arasında əlaqələri möhkəmlədirir, onların fikir və biliklərini bölüşməyə imkan yaradır.

Xəbər lenti