2023-2024-cü tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bakalavr proqramlarından məzun olması proqnozlaşdırılan 2317 tələbədən 656 nəfəri cari il üçün magistraturaya qəbul imtahanında iştirak edib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, onlardan 622 nəfəri müvafiq keçid balından yüksək nəticə göstərərək magistraturaya ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıb. Ötən il analoji rəqəm 385 nəfər olub.
Eyni zamanda, cari ildə ADPU-nun 51 nəfər sonuncu kurs tələbəsi xarici ölkələrin ali təhsil müəssisələrinin magistraturalarına sənəd təqdim edib.