Azərbaycan Teatr Xadimlər İttifaqında yazıçı, dramaturq Əli Əmirlinin eyniadlı pyesi (iki hissəli epataj komediya) əsasında hazırlanan tamaşanın məşqləri davam edir.
Tehsil.biz xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Məhəmməd Verdizadə, bəstəkarı Gülnar Əlfiqızı, səhnə tərtibatçısı Zaur Abbasovdur.
Premyerasının iyunun sonlarında keçirilməsi planlaşdırılan tamaşada rolları aktyorlar Rəşad Səfərov, Günel Həmidova, Vüqar Məmmədəliyev, Əzizə Həşimova və Rəbillə Ələkbərzadə ifa edir.
"Kişi və qadın" çağdaş dövrdə yaşayan kişi və qadın münasibətlərindən, ailədaxili ziddiyyətlərin fonunda yaranan komik, həm də fərqli situasiyalardan bəhs edir. Həyat yoldaşı Emmanı itirən Cəmil onu başqa qadınlarda axtarmağa başlayır. Bu axtarışlar isə qəhrəmanı komik, anlaşılmaz vəziyyətlərlə üz-üzə qoyur.