Logo

BMU-da “Qarabağa toxunMAq” adlı layihənin təqdimatı keçirilib - FOTO

04.06.2024 19:34 209 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) şəhərsalma, bina və qurğuların memarlığı, memarlıq mühitinin dizaynı ixtisaslarının magistratura pilləsində təhsil alan tələbələrin hazırladıqları “Qarabağa toxunMAq” adlı layihənin təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifov, Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov, layihənin rəhbəri və ideya müəllifi, Dizayn kafedrasının dosenti Arzu Məmmədova çıxış ediblər. Çıxışlarda BMU tələbələrinin bir ilkə imza atdıqları vurğulanıb, eyni zamanda, müasir texnologiya, musiqi və memarlığın vəhdətini özündə əks etdirən layihənin Qarabağ abidələrinə yeni nəfəs verilməsi baxımından önəminə diqqət çəkiilb. Bildirilib ki, layihə çərçivəsində Qarabağda yerləşən tarixi abidələr araşdırılıb, onlardan hansılarının yenidən işlənilməsinin mümkünlüyü öyrənilib və ölçülərinə uyğun olaraq modelləşdirilib.

Layihə haqqında təqdimat zamanı nəzərə çatdırılıb ki, qızıl bölgüdən istifadə edilərək abidələrlə bağlı rəqəmlər əldə olunub və süni intellektin imkanlarından, həmçinin rəqəmlərdən yararlanmaqla hər tarixi abidəyə dair musiqi canlandırılıb, videoçarxlar hazırlanıb.

Magistratura pilləsində oxuyan tələbələrin bir araya gətirilməsi, onlar arasında ünsiyyətin qurulması, birgə iş ortaya qoyulması aspektindən də önəm daşıyan layihənin əsas məqsədi tarixi abidələrin modellərinin hazırlanması və bu modellərin musiqi vasitəsilə tanıdılmasıdır.

Sonda layihəni ərsəyə gətirən BMU tələbələrinə sertifikatlar təqdim olunub.

Xəbər lenti