Azərbaycan məktəbliləri Rumıniyanın paytaxtı Buxarestdə mayın 31-dən iyunun 4-dək təşkil olunmuş “Infomatrix” beynəlxalq robotexnika, mühəndislik və layihə olimpiadasında uğurla çıxış ediblər.
Belə ki, 17 ölkədən 170-ə yaxın komandanın iştirak etdiyi olimpiadada məktəblilərimiz 6 komanda ilə mübarizə aparıblar. Finalda iştirak edən komandalarımız qızıl və gümüş medallar qazanıblar.
Bütün komandalar mühəndislik və robotexnika kateqoriyası üzrə finallarda iştrak ediblər. Həmçinin “Infomatrix” yarışmasının ölkəmizdən olan iştirakçılarını Azərbaycanın Ruminyadakı səfiri Qüdsi Osmanov qəbul edib. Səfir qalibləri təbrik edib, istedadli, vətənpərvər və bilikli məktəblilərimizin hər yerdə olduğu kimi, Rumıniyada da Azərbaycan bayrağını yüksəklərə qaldırdıqları üçün onlara təşəkkürünü bildirib.

