"Məktəblərimizə yeni bir şagirdin daxil olması bizim üçün aramıza təkcə bir şagirdin yox, bütövlükdə yeni bir ailənin qoşulması deməkdir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, cəmiyyətin hər bir üzvü məktəbə bağlıdır:
"Biz təhsilverənlərin və təhsilalanların ya ailə üzvüdür, ya qohumudur, ya qonşusudur. Biz təhsil sisteminə, onun iştirakçılarına düşmən kimi baxmamalı, yad ünsür kimi yanaşmamalıyıq. Baş verən hansısa xoşagəlməz hadisəyə sevinmək çox təhlükəlidir. Bu gün parta arxasındakı şagird sabah sizin müəlliminiz, həkiminiz, hakiminiz və ya cəlladınız ola bilər. Bu sizin yanaşmağınızdan asılıdır".
Mərcanə Əsədova