Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Vaqif Səmədoğlunun anadan olmasının 85-ci ildönümü ilə əlaqədar Milli Kitabxanada “Xalq şairi Vaqif Səmədoğlu” adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə şairin əsərləri, sözlərinə bəstələnmiş musiqi notları, həyatı və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat nümunələri nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.