Logo

Mikayıl Müşfiqin olduğu iddia edilən qalıqlar üzərində analiz başa çatdı

05.06.2024 15:13 299 baxış
IMG

"Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılıb, həmin qalıqların ona aid olmadığı təsdiqlənib".

Tehsil.biz xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

O bildirib ki, nakam şairə aid olması ehtimal edilən bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb:

"Bu analizlərin heç biri təsdiqini tapmadı. Tapılan qalıqların heç biri Mikayıl Müşfiqə aid deyil".

Ədalət Həsənov onu da vurğulayıb ki, Mikayıl Müşfiqin sümük qalıqları bu günə qədər hələ aşkar edilməyib.

Qeyd edək ki, bir neçə il əvvəl Qaradağ rayonu Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqları aşkarlanıb.

Xatırladaq ki, bu gün Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.

Xəbər lenti