Logo

108 mindən çox uşaq birinci sinfə müsabiqəsiz qəbul edilib

05.06.2024 17:22 337 baxış
IMG

Bu günə qədər mektebeqebul.edu.az elektron sistemi vasitəsilə 108 mindən çox uşaq müsabiqəsiz artıq birinci sinfə qəbul edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 2024-2025-ci tədris ilində 132 min uşağın birinci sinfə qəbulu nəzərdə tutulur.

Xatırladaq ki, mayın 1-dən start verilən I sinfə elektron qəbul prosesi davam edir.

Xəbər lenti