Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyinə vətəndaş müraciətlərinin STATİSTİKASI

05.06.2024 18:55 427 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi 2024-cü ilin yanvar-may ayları üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, ötən beş ay ərzində ümumilikdə 4271 vətəndaş müraciəti cavablandırılıb. Müraciətlərin 538-i sosial şəbəkələr, 2785-i Çağrı Mərkəzi üzərindən edilib. Habelə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi vasitəsilə 474 müraciət daxil olub. Agentlik tərəfindən 407 elektron müraciət cavablandırılıb, 67 vətəndaş qəbul edilib.

Xəbər lenti