Logo

DQİDK sədri Göyçayda vətəndaşları qəbul edib - FOTO

05.06.2024 21:08 258 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 5-də Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı vətəndaşlar din xadimlərinin attestasiyası, dini icmaların kitablarla təmin edilməsi, maarifləndirmə işinin genişləndirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Qəbuldan sonra Dövlət Komitəsinin sədri Ramin Məmmədov, rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev Komitənin Göyçay bölgəsi üzrə şöbəsinin yeni inzibati binası və burada əməkdaşlar üçün yaradılan şəraitlə tanış olublar.

Xəbər lenti