Logo

Parisdə Toğrul Nərimanbəyovun xatirəsi yad edilib - FOTO

05.06.2024 22:35 312 baxış
IMG

Fransanın paytaxtı Parisdə Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun vəfatının 11-ci ildönümündə əziz xatirəsi yad edilib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbində Toğrul Nərimanbəyova həsr olunmuş ustad dərsləri keçirilib.

Məktəbin şagirdləri Toğrul Nərimanbəyovun əsərlərini improvizə ediblər. Məktəblilər görkəmli rəssamın Qız Qalası, nar, paytaxt Bakını əks etdirən əsərlərini çəkib, Parisin Passi qəbiristanlığındakı məzarını ziyarət ediblər.

"İstiqlal" və "Şərəf" ordenli Xalq rəssamı Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

Dünya şöhrətli sənətkar 2013-cü il iyunun 2-də Parisdə vəfat edib.

Xəbər lenti