Logo

Bakıda bağça müdirinin COVID-19-a yoluxan işçilərini işə çıxarması iddialarına RƏSMİ AÇIQLAMA

16.04.2021 09:35 677 baxış
IMG

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 117 saylı bağçanın müdiri Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxararaq karantin qaydalarını sərt şəkildə pozması barədə iddialar səsləndirilib.

 

Məsələ barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxladıq.

 

İdarədən paralel.az-ın sorğusuna cavab olaraq bldirilib ki, sözügedən bağçada fəaliyyət göstərən qruplardan birində müəllim koronavirusa (COVID-19) yoluxub:

 

“Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə qrup iki həftəlik karantinə bağlanıb. Həmin qrupdakı müəllim, texnik işçi və uşaqlar da evə buraxılıb. Bağça dezinfeksiya olunub”.

 

İdarədən qeyd edilib ki, bağçanın direktoru Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

 

Paralel.az

Xəbər lenti