Logo

Bu müəllimlərin əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq

06.06.2024 10:49 497 baxış
IMG

"Bir çox hallarda 65 yaşdan yuxarı olan müəllimlər əmək müqaviləsinin uzadılması üçün müraciət edirlər".

Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, çalışma yaş həddi əmək müqaviləsinə xitam verilməsi üçün əsas verir, lakin onların əksəriyyəti peşəkar müəllimlərdir:

"65 yaşdan yuxarı olan müəllimlər üçün sertifikasiya könüllü olduğu üçün qeyd edim ki, onlar əgər sertifikasiyada iştirak etməyəcəksə, əmək müqaviləsinin uzadılması tələbinə baxılmayacaq. Bu ayın sonunda keçiriləcək serifikasiyada 60 yaşdan yuxarı 600 müəllim könüllü olaraq iştirak etmək üçün qeydiyyatdan keçib".

Mərcanə Əsədova

Xəbər lenti