"Ötən il müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində 30 müəllim müsahibə mərhələsindən keçə bilməyib".
Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, müsahibə mərhələsindən keçə bilməyənlərin əksəriyyəti orta yaş qrupuna aid təhsilverənlərdir:
"Adətən gənc namizədlər müsabiqədə uğurlu nəticə göstərir. Burada aydın görünən problem öyrətmə metodu ilə bağlıdır".
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva isə deyib ki, sertifikasiya imtahanlarında uğur qazana bilməyən müəllimlərin çoxu orta yaş qrupuna aid olanlardır.
O bildirib ki, test imtahanı mərhələsində sualların məzmununda heç bir fərq yoxdur:
"Uğur qazana bilməyən müəllimlər adətən müsahibə mərhələsində kəsilir. Çünki onun öyrətmə üsulu qaneedici olmur".
Mərcanə Əsədova