"Ötən il uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5 495 nəfər isə ibtidai sinif üzrə təlimlərə cəlb olunub".
Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, bu il keçiriləcək sertifikasiya imtahanlarında riyaziyyat və ingilis dili müəllimləri üstünlük təşkil edəcək:
"Prosesə ilkin olaraq ibtidai sinif müəllimlərindən başlanılmışdı. Bu il isə bütün fənn müəllimləri prosesə cəlb olunub. Həm də nəzərə almaq lazımdır ki, 9-cu və 11-ci sinif buraxılış məsələsini nəzərə alaraq riyaziyyat və ingilis dili fənləri üzrə müəllimlərin imtahana cəlbi önəmlidir".
Mərcanə Əsədova