Logo

"MİQ imtahanında müzakirə doğuran sualların olması yaxşı hal deyil"

06.06.2024 12:19 646 baxış
IMG

"Müəllimlərin işə qəbulu imtahanı suallarında hansısa çətinliyin, müzakirə doğulan halların olması, təbii ki, bizim üçün də yaxşı hal deyil".

Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, müəllimlərin işə qəbulu imtahanı üçün sual hazırlayan şəxslər ciddi proseslərdən keçirlər

"Hətta sualların bir faizində texniki qüsurların olması arzuolunan deyil, lakin biz bunun aradan qaldırılması üçün iş aparırıq. Ötən il sualların məzmununda ən az sayda səhv aşkarlanan imtahan keçirmişik”.

Mərcanə Əsədova

Xəbər lenti