Logo

ADU-da Daxili Keyfiyyət Təminatı üzrə Komissiyanın növbəti iclası keçirilib

06.06.2024 13:40 258 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Daxili Keyfiyyət Təminatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

İclasda ADU Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Misgər Məmmədov, Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli, dosent Vəfa Babayeva, dosent Mehriban Babaxanova, dosent Aqil Şahmuradov, dosent Təranə Həsənova, dosent Fəridə Şükürovan iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADU-nun Daxili Keyfiyyət Təminatı Komissiyasının sədri dosent Vüsalə Ağabəyli iclasın gündəliyində duran məsələləri təqdim edərək, universitetdaxili strukturların fəaliyyəti ilə bağlı aparılan təhlilləri, kafedralarda və fakultələrdə sənədləşmənin vəziyyətini, zəif və güclü tərəfləri iclas iştirakçılarının diqqətinə çatdırıb. 

HİK sədri Misgər Məmmədov strukturların təqdim etdiyi hesabatların təhlil olunduğunu bildirib.

Dosent Aqil Şahmuradov və dosent Mehriban Babaxanova şöbələrin fəaliyyəti ilə bağlı aparılan araşdırmaların əsasında hesabat təqdim ediblər.

Komissiyanın fəaliyyət planına uyğun olaraq dosent Vəfa Babayeva mərkəzlərin fəaliyyətinin təhlili, dosent Fəridə Şükürova Elmi-tədqiqat strategiyasının vəziyyəti ilə bağlı hesabatı, dosent Təranə Həsənova maliyyə məsələləri ilə bağlı hesabatı təqdim ediblər. 

Sonda kafedralar və fakültələrdə Strateji inkişaf planının icrasında labüd işlərin yerinə yetirilməsinə nəzarətlə bağlı qərar qəbul edilib.

Xəbər lenti