Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Türkiyənin Biruni Universiteti ilə ikitərəfli və “Global Exchange” mübadilə proqramı çərçivəsində müqavilə imzalayıb.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, müqaviləyə əsasən riyaziyyat müəllimliyi, xarici dil müəllimliyi, məktəbəqədər təhsil, ibtidai təhsil və xüsusi təhsil sahəsində universitetlər arasında “Global Exchange” mübadilə proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi həyata keçiriləcək.