Logo

İkili diplom proqramının akademik heyəti Gədəbəydə fermerlərlə görüşüb - FOTO

06.06.2024 18:23 195 baxış
IMG

Gədəbəy Rayon İcra Hakimiyyətində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunun birgə təşkilatçılığı ilə Gədəbəy rayonundan olan məhsul istehsalçıları ilə maarifləndirici görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Baş konsul Rəcəb Öztop və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxış edərək, təşkil olunan tədbirin məqsədi barədə fermerlərə məlumat verib, bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. 

Görüşdə Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində ADAU-ya dərs tədris etmək üçün gələn Ege Universitetinin bir qrup professor-müəllim heyəti fermerlərlə birgə kartofçuluq sahəsində innovativ üsulların tətbiqi və bitki xəstəliklərinə qarşı mübarizə üsulları ilə bağlı müzakirələr aparıblar.

Sonra Serra Hepaksoy, Uğur Çakaloğulları, Mehmet Ali Ul, Necip Tosun, Galip Kaşkavalcı və Süleyman Gürdal Türkseven “Meyvə yetişdirilməsi”, “Kartof bitkisinin yetişdirilməsi”, “Meyvə bağlarında və kartof sahələrində suvarma texnikaları”, “Kartof bitkisinin xəstəlikləri”, “Xəstəliklərlə mübarizə zamanı doğru bildiyimiz səhvlər”, “Kartof bitkisinin ziyanvericiləri və nematodlar”, “Kartof əkin sahələrində alaq otları və kənd təsərrüfatı istehsalında dronlardan istifadə imkanları” adlı mövzularla çıxış ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Fermerlər və professor-müəllim heyəti birlikdə sahə yoxlaması aparıb, dron təqdimatı nümayiş olunub.

Xəbər lenti